Shore House-un interyeri səmimi söhbətlər, rahat nahar və şam yeməkləri, eləcə də xoş görüşlər üçün ideal mühit yaradır. Burada təqdim olunan təzə və doyumlu səhər yeməkləri ailə ənənəsinə çevrilir, həftə sonları keçirilən uşaq ustad dərsləri isə yaxınlarla birlikdə keyfiyyətli vaxt keçirmək üçün gözəl fürsətdir.
Shore House menyusu sadəliyi ilə seçilsə də, onun arxasında yüksək standartlar və böyük zəhmət dayanır. Yeməklər yerli məhsullardan hazırlanır. Qəlyanaltı olaraq qara və ya qırmızı kürü, balıq assortisi və Qafqaz pendirləri seçə bilərsiniz. Şərq mətbəxinin zəngin dadları "Manqal" və "Çoban" salatlarında öz əksini tapır. İsti qəlyanaltılar arasında isə pələng krevetləri, kalmarlar, həmçinin Azərbaycan mətbəxinin məşhur təamları – quzu əti ilə xəngəl, gürzə, düşbərə və qutablar təqdim olunur.
İsti yeməklər bölməsi Qafqaz mətbəxinin əsl xəzinəsidir. Burada dolmadan qovurmaya qədər müxtəlif yeməklər, iki nəfərlik şah plov və albalılı plov daxil olmaqla altı növ plov, müxtəlif sac yeməkləri və bütöv quzunun bişirildiyi təndir təklif olunur.
Maraqlı desertlər, geniş alkoqolsuz içkilər seçimi, klassik və müəllif kokteylləri, zəngin şərab kolleksiyası və bütün bunları Xəzər dənizinin möhtəşəm mənzərəsi tamamlayaraq Shore House-u Bakının ən cəlbedici məkanlarından birinə çevirir.
Atmosferа